Sabunçu Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib


Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.

Tədbirdə rayonun ictimai həyatında mühüm rol oynayan, yüksək nailiyyətlər əldə edən gənclərlə bağlı video-çarx nümayiş etdirilib, fəal gənclərə diplom və hədiyyələr təqdim edilib.

Mükafata layiq görülənlər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı, Nardaran Bilik evinin kiçik mütəxəssisi Nərmin Əliyeva da var.

Nərmin xanımı təbrik edir, ona ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.02.2018

Son xəbərlər