Nardaran Bilik Evində Xocalı tədbiri


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.
 
Fevralın 26-da Nardaran Bilik Evinin təşkilatçılığı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbdə "Xocalının işğalı" adlı mühazirə keçirilib.
 
Binəqədi rayonu, Biləcəri qəsəbəsi 314 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Alxanova çıxış edərək, Xocalı soyqırımını törədənlərin hələ də azadlıqda gəzdiklərini və ədalətin qələbəsi ilə onların layiqli cəzalara məruz qalacaqlarını bildirib.
 
Tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Mətbuat xidməti
Tarix: 26.02.2018

Son xəbərlər