Nardaran Bilik Evində Novruz şənliyi


Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran Bilik Evinin təşkilatçılığı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi  295 nömrəli tam orta məktəbdə Novruz Bayramına həsr olunan tədbir keçirilib.  Təhsil ocağının şagird və müəllim kollektivinin iştirak etdiyi tədbiri Bilik evinin direktoru, millət vəkili Dilarə Cəbrayılova giriş sözü ilə açaraq, Novruz bayramının tarixi əhəmiyyətindən və xalqın milli adət-ənənələrinin qorunub saxlanmasındakı rolundan danışıb.

Bayram tədbirində aztəminatlı ailələrin təmsilçisi olan şagirdlərə Novruz sovqatları verilib. Tədbir çərçivəsində məktəblilərin əl işlərinən ibrarət sərgi nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 19.03.2018

Son xəbərlər