Nardaran Bilik evində Aprel zəfərinə həsr olunan mühazirə


Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərini davam etdirir.
 
Aprelin 6-da Nardaran Bilik Evində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun kiçik mütəxəssisi Əliyeva Nərmin Saməddin qızının “Aprel döyüşləri hərbi vətənpərvərliyin təcəssümüdür” mövzusunda mühazirəsi təşkil olunub.
 
Sabunçu rayonu, Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərmin Əliyeva bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıbBunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib.
 
Dördgünlük müharibə zamanı, Azərbaycan Ordusunun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdiyini, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdiyini vurğulayıb.
 
Tədbirin sonunda məktəblilərin iştirakı ilə “Ordumuz fəxrimizdir!” adlı kompozisiya nümayiş olunub.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 06.04.2018

Son xəbərlər