Nardaran məktəbində tədbir - “Cümhuriyyət dövrünün ədəbiyyat təmsilçiləri”


Ölkə başçısının 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Nardaran Bilik Evinin dəstəyi ilə Suraxanı rayonu 295 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Pərvanə Məmmədli “Cümhuriyyət dövrünün ədəbiyyat təmsilçiləri” mövzusunda mühazirə söyləyib.
 
P.Məmmədli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün xalqımızın tarixi, siyasi və mənəvi-psixoloji həyatında, ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxdığını, özünəməxsus poeziyası, nəsri, dramaturgiyası və publisistikası olduğunu qeyd edib.
 
Mühazirəçi 1918-1920-ci illərdə ədəbi irsin tədqiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı mühüm işlər görüldüyünü vurğulayıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanınd
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.10.2018

Son xəbərlər