Nardaran Bilik Evində mühazirə: “Müasir Azərbaycan: gənclər siyasəti yeni mərhələdə”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “İl boyu bilik” proqramı şərçivəsində Nardaran Bilik Evində Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəsləfə doktoru, dosent Sevinc Əliyevanın “Müasir Azərbaycan: gənclər siyasəti yeni mərhələdə” mövzusunda mühazirəsi keçirilib.
 
Tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynova təmsil etdiyi qurumun layihələri barədə ətraflı məlumat verib, paytaxtda, eləcə də, bölgələrdə yerli əhalinin müxtəlif sahələrdə maarifləndirilməsi üçün atılan addımlardan danışıb.
 
BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva “Müasir Azərbaycan: gənclər siyasəti yeni mərhələdə” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirəçi hazırda yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün onlara dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən, yaradılan imkanlardan bəhs edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti bu gün də ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
 
Tədbir dialoq şəklində davam edib.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.12.2018

Son xəbərlər