Nardaran məktəbliləri Milli Aviasiya Akademiyasında


7 dekabr – Ümumdünya Mülki Aviasiya günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evi yerli məktəblilərinin Milli Aviasiya Akademiyasına səfərini təşkil edib.
 
Nardaran qəsəbə 130 və 295 nömrəli tam orta məktəblərin 9-10-cu sinif şagirdlərindən ibarət qrup Akademiyanın müzeyində milli aviasiya tariximizə dair eksponatlarla tanış olublar.
 
Ekskursiyaya rəhbərlik edən 295 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbahət Həsənova şagirdlərə Bilik Fondunun maarifləndirici layihələri, Nardaran Bilik Evinin fəaliyyəti barədə ətraflı məlumat verib.
 
Muzeyin bələdçisi şagirdlərə Azərbaycanın ilk pilot qadını Leyla Məmmədbəyova haqqında danışıb, azərbaycanlı pilotların II Dünya Müharibəsində sücaətindən bəhs edib.
 
Sonda şagirdlər muzeydə xatirə şəkli çəkdiriblər.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.12.2018

Son xəbərlər