Nardaranda “Tarix yazan tarixi şəxsiyyət” adlı mühazirə keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran Bilik Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar qəsəbə 130 nömrəli ümumtəhsil məktəbində tədbir keçirilib.
 
Məktəbin direktoru Ağaseyid Orucov tədbiri açaraq, müasir Azərbaycanın banisi Heydər Əliyevin milli dövlətçilik tariximizdə müstəsna xidmətlərindən danışıb.
 
Bilik Evinin nümayəndəsi Nərmin Əliyeva “Tarix yazan tarixi şəxsiyyət” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti həm keçmiş SSRİ, həm də ölkənin müstəqilliyinin bərpasından sonrakı dövrdə Azərbaycan xalqının tərəqqisi, inkişafı, dövlətçilik dayaqlarının möhkəmlənməsinə həsr olunub.
 
Nardaran qəsəbə kitabxanasının müdiri Firəngiz Salmanova və mayor Yasəmən Fətəliyeva çıxışlarında xalqımızı ən çətin sınaqlardan üzüağ çıxaran böyük şəxsiyyət Heydər Əliyevin əbədiyyətə ucaldığını deyiblər.
 
Tədbirdə məktəblilərin təqdimatında Ulu öndərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu Mətbuat xidməti
Tarix: 12.12.2018

Son xəbərlər