Nardaran Bilik Evində "Tibbi maarifləndirmə" proqraqmı çərçivəsində tədbir oldu


Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Nardaran Bilik Evində maarifləndirici tədbir keçirilib.
 
Tədbiri Bilik Evinin müdiri, millət vəkili Dilarə Cəbrayılova açaraq, uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirmələrində tibbi maarifləndirmənin üstünlüklərindən bəhs edib. Millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikri xatırladıb: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
 
D.Cəbrayılova uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının, tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakının təmini məqsədilə mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
 
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Afət Məmmədova “Övladlara sağlam həyat bəxş edək” mövzusunda mühazirə söyləyib.
 
Uşaqların gələcəyimiz olduğunu deyən mühazirəçi onların layiqli vətəndaş kimi formalaşmasında valideynlərin və müəllimlərin rolundan bəhs edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 13.12.2018

Son xəbərlər