Şəmkir Bilik evində 20 yanvar faciəsi qeyd olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evi və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anim tədbiri keçirilib.

Tədbirə başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəmkir Bilik Evinin nümayəndəsi Hicran Əliyeva, məktəbin direktoru Səfər Məmmədov, müəllimlər Lətifə Vəliyeva və İradə Şərifova 20 Yanvarın Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olduğunu vurğulayıb, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

Sonra məktəblilərin 20 Yanvar faciəsi ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılara nümayiş edilib.

Sonda Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələri əks etdirən kitablardan ibarət sərgi təşkil olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.01.2017

Son xəbərlər