Şəmkir Bilik evində Xocalı soyqırımının ildönümü qeyd edildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik evinin, Şəmkir Heydər Əliyev Mərkəzi, Şəmkir Gənc Müəllimlər Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə 26 fevral Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Həsənova açıb. O, Fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri və Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni qanlı cinayətlərinin heç vaxt unudulmayacağını bildirib. 

Daha sonra çıxış edən Şəmkir Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov Xocalı Soyqırımının tarixi və siyasi motivləri haqqında iştirakçılara məlumat verib, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildiyini və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamentinin fevralın 26-nı Xocalı soyqırımı günü kimi qəbul etdiyini bildirib. Çıxışlardan sonra, iştirakçılar "Xoca" bədii filminə tamaşa ediblər.

Tarix: 23.02.2017

Son xəbərlər