Rəşad Məcidin kitablarının Şəmkir Bilik evində təqdimatı keçirildi


Mayın 4-də Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu və Şəmkir Bilik Evinin təşkilatçılığı ilə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, yazıçı-jurnalist Rəşad Məcidin “Cığıraçan”, “Bir də gəlməyəcək”, “Çiyələk qadın” kitablarının təqdimatı keçirilib.

Tədbirdə, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva Bilik Fondunun nümayəndəsi Ramilə Qurbanlı, şəmkirli gənclər, ədəbiyyatsevələr iştirak ediblər.

Əvvəlcə, S. Əliyeva qonaqları salamlayıb, ardından R.Qurbanlı R.Məcidin yaradıcılığı haqqında iştirakçılara qısa məlumat verib. Daha sonra müəllif kitablar haqqında danıçıb, yaradıcılığı ilə əlaqədar iştirakçıların verdiyi sualları cavablandırıb.

Görüşün sonunda, R.Məcid kitabları imzalayaraq, mərasim iştirakçılarına hədiyyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 04.05.2017

Son xəbərlər