"Məktəblilərin qidalanması"


Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Məktəblilərin qidalanması” adlı təlim keçirilib. Təlimdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə, Şəmkir Bilik Evinin nümayəndəsi Hicran Əliyeva çıxış edərək iştirakçılara Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi haqqında məlumat verib. Daha sonra, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Şəhla Mirzəzadə və Aysel Əkbərzadə çıxış edərək məktəblilərin düzgün qidalanması, sağlamlığı, orqanizmin zərərli maddələrdən qorunması qaydaları haqqında iştirakçılara məlumat verib, onların suallarını cavablandırıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 19.05.2017

Son xəbərlər