Şəmkir Bilik evində "Xocalı petisiyası"nın təqdimatı oldu


Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı Gəncədən sonra Şəmkir Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Bilik Evində keçirilib.
 
Bilik Fondunun dəstəyi ilə keçirilmiş təqdimat mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Bilik Fondunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Şəmkir ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.
 
Bilik Fondunun əməkdaşları iştirakçılara petisiyada səs verməyin qaydasını izah ediblər.
 
Tədbirdə çıxış edənlər erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə dolğun və ətraflı çatdırdığına görə O.Kuznetsova minnətdarlığını bidirərək, hamılıqla bu aksiyaya qoşulacaqlarına söz veriblər.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 23.05.2017

Son xəbərlər