Şəmkir Bilik Evi kənd sakinlərini maarifləndirir


12 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun dəstəyi və Şəmkir Bilik Evinin təşkilatçılığı ilə İrmaşlı kənd sakinləri üçün AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin “Azərbaycanda alman izləri” mövzusunda mühazirəsi keçirilib.

Şəmkir rayonu İrmaşlı kəndinin şəhid Vüqar Alırzayev adına tam orta məktəbində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyəti və Şəmkir Heydər Əliyev Mərkəzinin, İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Bilik Fondunun lektoru Azərbaycanda almanların məskunlaşmasını və onların həyatını tarixi baxımdan şərh edib, alman iş adamlarının ölkəmizdəki fəaliyyəti, alman memarlarının inşa etdikləri binalar və digər tikililər haqqında geniş məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. 

Tarix: 12.07.2017

Son xəbərlər