Şəmkir Bilik Evində xarici dillər üzrə təlimlər mühazirə ilə başa çatıb


13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəmkir rayonu Heydər Əliyev Mərkəzində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin “Şərq mütəfəkkirləri və islam birliyi  ideyası” mövzusunda mühazirəsi keçirilib.

Mühazirədə Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir Heydər Əliyev Mərkəzi, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Şəmkir Bilik Evində təlim alan gənclər iştirak ediblər.

Bilik Fondunun lektoru mühazirəsində 2017-ci ilin ölkəmizdə cənab Prezidentin Sərancamı ilə "İslam Həmrəyliyi İli” elan edildiyini xatırladaraq, Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin inkişafına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edib.

Mühazirədən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Şəmkir Bilik Evində təşkil olunmuş ingilis və rus dili üzrə təlim kurslarını uğurla bitirmiş dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunub.

Tarix: 13.07.2017

Son xəbərlər