Şəmkir Bilik evində Beynəlxalq Sülh Günü qeyd olunub


Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə 21 Sentyabr – Beynəlxalq Sülh Gününə hər edilmiş “Sülh dünyanın səsidir” adlı tədbir keçirilib. Tədbirdə millət vəkili, Şəmkir Bilik evinin direktoru Sona Əliyeva, Şəmkir şəhər 2, 3, 4, 8 saylı körpələr evi-uşaq bağçalarının və Şəmkir rayon Dəllər qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçiləri, müəllimləri və körpələri iştirak ediblər. Tədbirdə Beynəlxalq Sülh Günü ilə əlaqədar uşaqların əl işlərindən ibarət rəsm sərgisi nümayiş edilib. 

Balacaların ifasında təqdim olunan rəqs nömrələri və səhnəciklər izləyicilərin marağına səbəb olub. Sonra tədbirin fəal iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.09.2017

Son xəbərlər