“Nağıl şənbəsi” alman ədəbiyyatına həsr olund


Oktyabrın 13-də Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə "Nağıl şənbəsi" layihəsinin növbəti tədbiri keçirilib.
 
Bu dəfəki “Nağıl şənbəsi” Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunub.
 
Tədbirdə Şəmkir şəhər 3 saylı körpələr evi uşaq baxçasının körpələri iştirak edib. Əvvəlcə uşaqlar muzey, kitabxana və kinozalla tanış olublar, daha sonra Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynurə Mərdanova onlar üçün Alman müəllifləri - Qrim qardaşlarının "Diriliş suyu" nağılını oxuyub.
Sonda iştirakçılara “Çirkin ördək balası” cizgi filmi nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 13.10.2017

Son xəbərlər