“Nağıl şənbəsi” alman ədəbiyyatına həsr olundu


Dekabrın 1-də Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə "Nağıl şənbəsi" layihəsinin növbəti tədbiri keçirilib.

Bu dəfəki “Nağıl şənbəsi” Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunub.

Tədbirdə Şəmkir rayon Dəllər qəsəbə “Müasir Uşaqlar Təhsil Mərkəzi”inin uşaqları iştirak ediblər.

Əvvəlcə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynurə Mərdanova uşaqlar üçün Alman xalq nağılı "Üç dovşan və Canavar"ı  oxuyub. Daha sonra uşaqlar “Alisa möcüzələr diyarında” cizgi filminə tamaşa ediblər.

Sonda Ulu öndə Heydər Əliyevin heykəli önündə xatirə şəkili çəkilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 01.12.2017

Son xəbərlər