Şəmkir Bilik Evində Xocalıya həsr olunan açıq dərs


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri və bölgə nümayəndəlikləri silsilə tədbirlər hazırlayırlar.
 
Fevralın 23-də Şəmkir Bilik Evi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə 26 fevral Xocalı soyqırımına həsr edilmiş açıq dərs keçirilib.
 
Açıq dərsin dinləyiciləri Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta məktəbin şagirdləri olublar.
 
Ə.Ələkbərov adına Abbaslı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Zinyət Süleymanova iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat verib.
 
O, qeyd edib ki, məhz Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildi və 26 fevral 1994-cü ildə Azərbaycan Parlamenti tərəfindən Xocalı soyqırımı günü kimi qəbul edildi.
 
Tədbirin sonunda şagirdlərə "Xoca" bədii filmi nümayiş olundu.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

 

 
Tarix: 23.02.2018

Son xəbərlər