Şəmkir Bilik Evində gənc analar maarifləndirildi


Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Lətafət Dadaşovanın Şəmkir Bilik Evində “Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi” mövzusunda tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
 
Görüşdə tibb müəssisələri, uşaq bağçaları əməkdaşları, yeni ailə qurmuş və ana olmağa hazırlaşan xanımlar iştirak ediblər. 
 
Şəmkir Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz İbrahimov tədbiri giriş sözü ilə açaraq, Bilik Fondunun rayonda həyata keçirdiyi maarifləndirici layihələrdən söz açıb.  
 
Həkim-mütəxəssis L. Dadaşova mühazirəsində körpələr üçün ana südünün ən faydalı qida olduğunu, sosial və ekoloji əhəmiyyətini, infeksion xəstəliklərdən müdafiə xarakteri daşıdığını, qidalanma ilə bağlı vacib faktorları diqqətə çatdırıb.
 
L.Dadaşova körpələrin ana südü ilə qidalanmasının qadınların sağlamlığına müsbət təsir etdiyini elmi faktlarla əsaslandırmaqla yanaşı, iştirakçıları südün steril şəraitdə saxlanma üsulları, körpələrə nə zaman əlavə qidaların verilməsi ilə bağlı ətraflı şəkildə məlumatlandırıb.
 
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb və İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
Tarix: 30.03.2018

Son xəbərlər