Şəmkirdə Heydər Əliyevə həsr olunan "Açıq dərs"


Mayın 4-də Şəmkir Rayon Təhsil Şöbəsi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Açıq dərs" keçirilib.

Şəmkir Heydər Əliyev Mərkəzində təşkil olunan "Açıq dərs"də rayonun Sərxan kənd və Morul kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Şəmkir şəhər N.Gəncəvi adına tam orta məktəbin tarix müəllim Nəriman Əhmədov çıxışında çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiram və hörmətlə yad edib, onun zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb.

Xalqımızın tarixini amansız keşməkeşlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışan natiq Ulu öndərin xatirəsinin əbədi yaşayacağını vurğulayıb.

Sonda şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 04.05.2018

Son xəbərlər