Şəmkir Bilik Evi gənclərin muzeyə ekskursiyasını təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evinin təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub.

Şəmkir şəhər C.Rüstəmov adına şəhər tam orta məktəbinin şagirdlərinin və Bilik Evinin dərnək üzvlərinin iştirakı ilə keçirilmiş ekskursiyada gənclərə muzeyin miniatür rəsm sərgisi, elektron informasiya lövhəsi və ekspozisiya zalları haqqında geniş informasiya verilib.

Bilik Evinin əməkdaşı Hicran Əliyeva ekskursiya iştirakçılarına Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində həm ölkəmizin, həm də rayonun tarixini əks etdirən eksponatlar olduğunu və muzeyin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir.

Bilik Fondu gənclərin tarixi məkanlara və muzeylərə ekskursiyalarını davam etdirir. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 24.05.2018

Son xəbərlər