Şəmkir Bilik Evində “Milli istiqlala aparan yola tarixi nəzər” salındı


İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evində Azərbaycan Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Salman İbişlinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Milli istiqlala aparan yola tarixi nəzər” mövzusunda mühazirəsi təşkil olunub.
 
Tədbiri Bilik Evinin əməkdaşı Hicran Əliyeva açaraq, Fondun maarifləndirici layihələrindən söz açıb.
 
S.İbişli 1918-1920-ci illərin siyasi-ictimai vəziyyəti barədə iştirakçılara geniş məlumat verib. Mühazirədə Rusiya istilasından milli istiqlala qədərki tarixi proseslərə Məhəmməd Əmin Rəzulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və digər cümhuriyyət qurucularının əsərləri əsasında nəzər salınıb.
Azərbaycan Universiteti və Dövlət İmtahan Mərkəzinin birgə layihəsi olan “Abituriyent Məsləhət Mərkəzi”nin rəhbəri, Azərbaycan Universitetinin İKT fakültəsinin dekanı Asif Paşayev tədbirdə iştirak edən abituriyentlərə düzgün ixtisas seçimi və imtahanlarda psixoloji hazırlıqla bağlı tövsiyələrini verib.
 
Yuxarı sinif şagirdlərinin mövzu ətrafında sualları cavablandırılıb.
 
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilanova “Abituriyent Məsləhət Mərkəzi”nin fəaliyyəti haqqında ətraflı məlumat verib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 04.06.2018

Son xəbərlər