Şəmkir Bilik Evində imtahan keçirildi


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evində “İl boyu bilik” proqramı çərçivəsində fəaliyyət göstərən “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursunun yekun imtahanı keçirilib. İmtahanda Bilik Fondunun sektor müdiri Rauf Həsənov iştirak edib və dinləyiciləri təlim kursunu bitirmələri münasibəti ilə təbrik edib.
 
İmtahandan sonra kurs dinləyiciləri və təlimçilərin iştirakı ilə "dəyirmi masa" təşkil olunub.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə söbəsinin baş məsləhətçisi Davud Süleymanov çıxış edərək, Bilik Evində gənclərin maarifləndirilməsinə, peşə fəaliyyətlərinə dəstək olan təlimlərin təşkilinə görə Bilik Fonduna təşəkkürünü bildirib.
 
Fondun sektor müdiri R.Həsənov ölkənin müxtəlif bölgələrindəki Bilik evlərinin fəaliyyətindən söz açıb və Şəmkir Bilik Evinin rayonun Heydər Əliyev Mərkəzi ilə birgə maarifləndirici fəaliyyətini yüksək dəyərləndirib.
 
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.06.2018

Son xəbərlər