Şəmkir Bilik Evi Bayraq gününü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramına uyğun olaraq, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib. Tədbirlər Fondun yerli nümayəndələri və Bilik evləri rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Belə tədbirlərdən birini Şəmkir Bilik Evi gerçəkləşdirib. Rayonun Heydər Əliyev Mərkəzində Tarix-Diyarşünaslıq muzeyinin direktoru, tarixçi Cavanşir Pirverdiyevin “100 yaşlı bayrağımız” mövzusunda mühazirəsi təşkil edilib. Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev tədbir iştirakçılarını salamlayıb və bayrağımızın 100 illiyi münasibəti ilə dinləyiciləri təbrik edib.

Çıxışına xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim” misraları ilə başlayan C.Pirverdiyev üçrəngli bayrağımızın yaranmasından danışıb, ilk dəfə 1918-ci ildə – tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edildiyini qeyd edib. Bayrağın suverenliyimizin rəmzi olduğunu bildirən mühazirəçi ay-ulduzlu bayrağın and yerimiz, qürur mənbəyimiz olduğunu söyləyib.

Tədbir iştirakçıların müzakirəsi və fikir mübadiləsi əsasında davam edib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 12.11.2018

Son xəbərlər