Şəmkir Bilik Evi “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
 
Bilik Evinin nümayəndəsi Hicran Əliyeva Dəllər qəsəbə Z.Abbasov adına tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə ilə çıxış edib.
 
Mühazirəçi müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki yeri, əvəzsiz xidmətləri barədə məktəblilərə ətraflı məlumat verib, Ümummilli liderin yüksək səviyyəli rəhbərlik bacarığı sayəsində ölkəmizin çiçəkləndiyini, dünya ölkələri sırasında söz sahibi olduğunu deyib.
 
H.Əliyeva məktəblilərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 13.12.2018

Son xəbərlər