“Rus ədəbiyyatında islam motivləri”


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda “Rus ədəbiyyatında islam motivləri” mövzusunda mühazirə-seminar keçirilib.

Azərbaycan Yaradıcılıq Fondunun sədrinin birinci müavini, Əməkdar Mədəniyyət işçisi Rafiq Kaşanlı may ayının 22-də rayonun İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbində, mayın 23-də isə İvanovka kənd orta məktəbində “Rus ədəbiyyatında islam motivləri” mövzusunda mühazirə deyib.

Məruzəçi qeyd edib ki, rus ədəbiyyatının “Qızıl dövrü” adlandırılan XIX əsrin 20 – 30-cu illərində yazıb-yaradan sənətkarların əsərlərində Şərq, ümumiyyətlə İslam motovlərinə geniş yer verilib. Daha sonra  məruzəçi A.Puşkinin, M.Lermontovun, F.Dostoyevskinin, L.Tolstoyun əsərlərindən gətirdiyi sitatlarla fikrini əsaslandırıb,  iştirakçıları maraqlandıran suallara cavab verib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 23.05.2017

Son xəbərlər