Regional Bilik Evində “dəyirmi masa” keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Regional Bilik Evində ideoloji və siyasi tərbiyə işinin gücləndirilməsi, maarifçilik fəaliyyətinin genişləndirilməsi sahəsində qarşıda duran vəzifələrə həsr edilmiş “dəyirmi masa” keçirilib.
 
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Bilik Fondunun Ölkədaxili layihələr şöbəsinin müdiri Hacı Abdullanın çıxışlarında ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı xarici və daxili siyasətin əhali arasında təbliği, böyüməkdə olan nəslin azərbaycançılıq, vətənsevərlik, müstəqil dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində ailə, məktəb, dövlət qurumlarının, ictimai təşkilatların rolu, vəzifələrindən danışmışlar.
 
Tədbir açıq diskussiya şəraitində davam edib. Bilik Fondunun lektorlar qrupunun üzvləri olan AMEA institutlarının və universitetlərin aparıcı alim, mütəxəssisləri, yerli ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri müzakirə edilən məsələ barədə öz fikir və düşüncələrini bildiriblər. İdeoloji işin səviyyə və səmərələliyinin yüksəldilməsi istiqamətində təklif və tövsiyələrini veriblər.
Bilik Evində fəaliyyət göstərən pulsuz kursların, maarifləndirmə məqsədi ilə təşkil olunan silsilə tədbirlərin ictimaiyyət tərəfindən razılıqla qarşılandığı, mövcud imkanlarından daha səmərəli isifadə edilməsi zərurəti vurğulanıb.
 
Bilik Fondu və İcra Hakimiyyəti ilə birlikdə il boyu həyata keçiriləcək mühazirə, tədbirlərin vaxtı, yeri və mövzuları müəyyən edilib.
 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 02.06.2017

Son xəbərlər