İsmayıllı Bilik Evində “Qədim əl oyunları” mövzusunda mühazirə təşkil edildi


28 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə İsmayıllı Bilik Evində xalqımızın qədim əl oyunlarına həsr edilmiş mühazirə təşkil edilib. Tədbirdə Bilik Fondunun mühazirəçisi, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Qol Güləşi Federasiyasının rəhbəri Vüsal Qəzənfərov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, rayon gəncləri və ziyalıları, idmançılar iştirak ediblər. Bilik Evinin rəhbəri S.Novruzova tədbiri açaraq qədim oyunların Azərbaycan folklorunda özünəməxsus yer tutduğunu, həmçinin bu oyunların insanda iradə, dözümlülük, çeviklik kimi xüsusiyyətlərin formalaşmasında əhəmiyyətini qeyd edib. İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva idmanın insan həyatında vacib yer tutduğunu, sağlam həyat tərzinin təşəkkül tapmasında müstəsna rolunu qeyd edib. Mühazirəçi Q.Sayılov xalq oyunlarının ən qədim dövrlərdən xalqın məişət həyatında əyləncə dünyasını özündə əks etdirmək baxımından xüsusi maraq doğurduğunu, yüksək humanist insani duyğular kimi müsbət keyfiyyətlər aşıladığını vurğulayıb. 

Tədbir iştirakçıların səmimi ünsiyyəti ilə davam etdirilib və İsmayıllı, Qəbələ və Samux rayonlarının gənc idmançıları arasında “Gücünü sən də sına” adlı qol güləşi üzrə yarış keçirilib. Qaliblərə medallar və diplomlar təqdim edilib, kitablar hədiyyə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İsmayıllı Bilik Evi

Tarix: 28.07.2017

Son xəbərlər