İsmayıllı Bilik Evi məktəblilərə kitab hədiyyə edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Oxuyaq və oxudaq” aksiyası çərçivəsində İsmayıllı Bilik Evinin əməkdaşları İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə görüşüblər. Bilik Evinin müdiri Sevinc Novruzova şagirdləri salamlayıb və onlara təhsildə uğurlar arzulayıb. Görüşdə 1 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva və Uşaq Birliyinin rəhbəri Pərvanə Məmmədova çıxış edərək mütaliənin faydalarından söz açıblar. Sonda İsmayıllı Bilik Evinin əməkdaşları şagirdlərə nağıl kitabları hədiyyə ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.10.2017

Son xəbərlər