Yol-Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə gününə həsr olunmuş mühazirə


Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Tural Həbibov İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə Ümumdünya Yol-Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə gününə həsr olunmuş mühazirə ilə çıxış edib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov Fondun İSİM-lə birgə həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verdikdən sonar T.Həbibov dinləyicilərə yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardım göstərilməsinin yolları haqqında söhbət açıb. Bildirilib ki, bu cür faciələrdən qorunmağın da yolu yeniyetmə və gənclərin maarifləndirilməsindən keçir.
Tədbir iştirakçılarına mühazirə mövzusu ilə bağlı slayd nümayiş etdirilib və Mərkəzin hazırladığı faydalı məlumatlardan ibarət maarifləndirici materiallar paylanıb.

Müxtəlif elm, təhsil ocaqlarında, təşkil olunan silsilə tədbirlər Bilik Fondu və İSİM arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq sazişinə əsasən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 22.11.2017

Son xəbərlər