İsmayıllıda "Zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir oldu


Dekabrın 20-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəliyi, İsmayıllı Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə mənəvi dəstəyi ilə "Zərərli vərdişlərə yox deyək! "mövzusunda maarifləndirici tədbir keçirilib.

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov belə tədbirlərin keçirilməsinin vacibliyini və faydasını xüsusi vurğulayıb.

İsmayıllı RİH-in əməkdaşı Nəsimi Teymurov, Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Mehdiyev, "İsmayıllı xəbərləri "qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu çıxış edərək, zərərli vərdişlərin insan həyatına mənfi təsirindən, onlardan qorunmanın yollarından, radikal dini cərəyanların cəmiyyət və dövlətçiliyimiz üçün hansı təhlükələr yaratmasından  ətraflı söhbət açıblar.

Sonda iştirakçılara "Şəhadət "filmi nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

Tarix: 20.12.2017

Son xəbərlər