İsmayıllıda Xalq Cümhuriyyətinə tədbir həsr olundu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, İsmayıllı Şəhər Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yerli Bilik Evinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva "İsmayıllı Cümhuriyyət dövründə" mövzusunda mühazirə söyləyib.
 
Natiq bildirib ki, 1918-ci ilin birinci yarısında baş vermiş tarixi hadisələrdən biri faciə, insanlıq əleyhinə cinayət, soyqırımı idisə, digəri qürur, iftixar tariximiz idi. 1918-ci ildə Azərbaycan xalqı həm mart soyqırımına məruz qalıb, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Beləliklə, 1918-ci il mayın 28-də bütün Şərq dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdən biridir. 
 
Mərkəzi Kitabxananın direktoru Könül Baxışova öz çıxışında 90-cı illərinin əvvəlində Azərbaycanın keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək, yenidən öz müstəqilliyinə qovuşduğunu xatırladıb. K.Baxışova 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı Xalq Cümhuriyyətinin varisi elan etdiyini deyərək, Ulu öndərin Cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verdiyini söyləyib. 
 
Tədbirdə digər qonaqların da mövzu ətrafında çıxışları dinlənilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.02.2018

Son xəbərlər