İsmayıllı Bilik Evi Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak etdi


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.
 
Fevralın 26-da İsmayıllı rayonunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar təşkil olunan yürüşdə Bilik Evinin əməkdaşları və dinəyiciləri də iştirak ediblər. Rayon mərkəzində ucaldılan "Ana fəryadı" abidəsi önünə gül dəstələri düzüldükdən sonra İsmayıllı Mədəniyyət Sarayında tədbir keçirilib.
 
Tədbirin bədii hissəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Mətbuat xidməti
Tarix: 26.02.2018

Son xəbərlər