Ulu öndərin anadan olmasının 95-ci ildönümü İsmayıllı məktəbində qeyd olundu


Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə rayonun Vaqif Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbində Ulu öndərin 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

Məktəbin direktor müavini Məsdan Musayev tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib. Məktəbin direktoru Qurban Ağayev Azərbaycanın yüksələn xətlə inkişaf strategiyasının yaradılmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb.

İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova da öz növbəsində Ulu Öndərin gənclər siyasətindən söz açıb. Bildirib ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində gənclərin hərtərəfli inkişafı üçün münbit şərait yaradılıb və bu gün həmin gənclər dövlət idarəçiliyində məsul vəzifələrdə çalışırlar.

Tədbirin bədii hissəsində Ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib, şagirdlər şeirlər söyləyiblər.

 

Azərbaycan Respubliaksının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 10.05.2018

Son xəbərlər