İsmayıllı Bilik Evi Heydər Əliyev Muzeyinə ekskursiya təşkil edib


Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evində fəaliyyət göstərən dərnək üzvləri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər.
 
Muzeyin direktoru Mayıl Fərəcov Beynəlxalq Muzeylər Gününün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında təsis olunduğunu xatırladıb. 1978-ci ildən etibarən bu gün hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün muzeylərdə "açıq qapı günü" elan olunur, arzu edənlər ödənişsiz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.
 
İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova muzeyin bir ölkənin tarixinə aid mədəni nümunələri tədqiq və təbliğ edən müəssisə olduğunu diqqətə çatdırıb. Rayondakı Heydər Əliyev Muzeyində Ulu öndərin xatirəsini yaşadacaq eksponatların zənginliyini vurğulayıb.
 
Muzeyin əməkdaşı Afaq Şamilli dərnək üzvlərini Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədlər və fotoşəkillərlə tanış edib. Gənclər muzeyin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən müxtəlif sənədli filmlərdən kadrlara tamaşa ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.05.2018

Son xəbərlər