İsmayıllı Bilik Evi baxça uşaqları ilə görüş təşkil etdi


1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin gəncləri “İsma Kids Academy” uşaq bağçasını ziyarət ediblər. Uşaq bağçasının rəhbəri Nilufər Mursalıyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ətraflı məlumat verib.

Bilik Evinin direktoru Sevinc Novruzova uşaqlara daim diqqət və qayğı göstərilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə balacalara nağıl kitabları hədiyyə olunub və cizgi filmi nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.06.2018

Son xəbərlər