İsmayıllı Bilik Evinin dinləyiciləri Lahıcda


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə "Kompüter texnologiyaları və kargüzarlıq işi" kursunun dinləyiciləri və rayonun fəal gənclərindən ibarət qrup Lahıc qəsəbəsində olublar. Bilik Evinin dinləyicilərinə Lahıcın dünya miqyasında tanınan sənət növü misgərliyin tarixi barədə geniş məlumat verilib. XIX əsrdən başlayaraq, Lahıc Azərbaycanda misgərliyin əsas mərkəzlərindən birinə çevrilib.

Daha sonra gənclər Lahıc Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzeyin direktor əvəzi Maarif Əliyev gənclərə Lahıcın tarixi, sərgilənən eksponatlar barədə geniş məlumat verib. Bilik Evinin rəhbərliyi muzeyin xatirə kitabına öz ürək sözlərini qeyd edib. Gənclər Zərnava asma körpüsündə olublar. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 20.06.2018

Son xəbərlər