İsmayıllı Bilik Evi Məmməd Araza həsr olunan müsabiqə keçirdi


İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxana Sistemində xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinin seçim turu keçirilib.
 
Bilik Evinin müdiri Sevinc Novruzova iştirakçıları müsabiqənin şərtləri haqqında məlumatlandırıb. Bildirib ki, müsabiqədə rayonun şəhər və kənd məktəblərinin şagirdləri iştirak edir. Tədbirdə münsiflər heyətinin üzvləri - Dağ Çiçəkləri ədəbi məclisinin üzvi, şair Oktay Fərzəliyev, "İsmayıllı xəbərləri" qəzetinin redaktoru şair Şahməmməd Dağlaroğlu, şəhər 3 saylı məktəb-lisey kompleksinin direktor müavini, filoloq Sevda Qasımova, İsmayıllı Mərkəzi Kitabxana Sisteminin direktoru Könül Baxışlı çıxışlar edərək təəssüratlarını böülüşüblər.
 
Sonda müsabiqənin qiymətləndirilmə mərhələsi olub. 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyən edilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbaut xidməti
Tarix: 20.06.2018

Son xəbərlər