İsmayıllı Bilik Evində Ordu günü qeyd edildi


İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
 
Milli Ordunun yaranmasının 100 illiyinə həsr edilən tədbiri Bilik Evinin müdiri Sevinc Novruzova açaraq, Silahlı Qüvvələrin yaradılmasının müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olduğunu bildirib.
 
Bilik Evinin nümayəndəsi Raqub Xəlilli də çıxışında qeyd edib ki, tarixi varislik ənənəsinə uyğun olaraq, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
 
Tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.06.2018

Son xəbərlər