İsmayıllı Bilik Evinin dinləyicilərinə sertifikatlar verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evində “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlimlər başa çatıb.
 
İyunun 30-da təlim iştirakçılarının qazandıqları biliklərin yoxlanılması üçün imtahan keçirilib. Kursu uğurla başa vurmuş dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunub.
 
Mərasimdə Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova, “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursunun müəllimi Nərmin Baxışlı iştirak ediblər.
 
Dinləyicilər Bilik Evində ödənişsiz əsaslarla belə kursların təşkil olunmasını yerli gənclərin fəaliyyətinə dəstək kimi qiymətləndiriblər. Onlar gələn tədris ilində də müxtəlif sahələr üzrə təlimlərdə iştirak etmək arzularını dilə gətiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.06.2018

Son xəbərlər