İsmayıllıda “Məmməd Araz - Poeziya günü” keçirilib


Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilə “Məmməd Araz - Poeziya günü” keçirilib.
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşkilatçılığı və aparıcılığı ilə keçirilən tədbir Xalq şairi Məmməd Arazın anadan olmasının 85-ci ildönümünə həsr olunub. Tədbirdə rayon ziyalıları, gənclər, İsmayıllı İctimai Yazarlar Birliyi və “Dağ çiçəkləri” Ədəbi Məclisinin üzvləri iştirak ediblər.
 
Poeziya günündə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Milli Məclisin üzvü Aqil Abbas, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov və başqaları çıxış edərək Xalq şairinin həyatı, Məmməd Araz yaradıcılığının müxtəlif aspektləri barədə geniş söhbət açıblar.
 
Xalq şairinin şeirlərindən nümunələr oxunub, şeirlərinə bəstələnən mahnılar ifa edilib.
 
Görkəmli şairin qızı İradə Tuncayın həyat yoldaşı Aqil Abbas tədbirin təşəbbüskarı və təşkilatçılarına minnətdarlığını bildirib.
 
Sonda Məmməd Araz şeirlərinin ən yaxşı ifaçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 08.09.2018

Son xəbərlər