İsmayıllı Bilik Evi "Beynəlxalq məktəb kitabxanaları günü"nü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə rayonun V.Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbində "Beynəlxalq məktəb kitabxanaları günü" qeyd olunub.
 
Tədbiri məktəbin dərs hissə müdiri Məsdan Musayev açaraq, insanın cəmiyyətdə layiqli bir fərd kimi formalaşmasında kitabxanaların müstəsna rolundan bəhs edib.
 
Məktəbin direktoru Qurban Ağayev müdrikliyə gedən yolun məhz kitablardan keçdiyini vurğulayıb.
 
Bilik Evinin rəhbəri Sevinc Novruzova təmsil etdiyi qurumun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi barədə məlumat verərək, iştirakçıları bu müsabiqədə iştiraka dəvət edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.11.2018

Son xəbərlər