İsmayıllıda maarifləndirmənin üstünlüklərinə həsr olunan tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə İsmayıllı Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
 
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə keçirilən tədbiri açaraq, maarifləndirmənin hər bir insanın, bütövlükdə cəmiyyətin formalaşmasında çox vacib amil olduğunu deyib.
 
Bilik Evinin müdiri Sevinc Novruzova təmsil etdiyi qurumun layihələri barədə məlumat verib.
 
Fondun lektoru, “Etnoqlobus” Beynəlxalq onlayn inofrmasiya analitik mərkəzinin direktoru Gülnarə İnanc “Maarifləndirmə nadanlığa qarşı mübarizə aləti kimi” mövzusunda mühazirə ilə çıxış edib. O, ayrı-ayrı epizodlar, materiallar əsasında nadanlığın, cahilliyin səbəb olduğu acınacaqlı nəticələrdən, savadsızlığın doğurduğu fəsadlardan danışıb və maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirib. G.İnanc ölkəmizdə bu istiqamətdə görülən işlər, atılan addımlar barədə geniş məlumat verib.
 
Tədbir müzakirə və qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.12.2018

Son xəbərlər