Sual - Cavab


2014-cü il, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun missiyası əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına, gənclərə qloballaşma şəraitində cərəyan edən proseslərin təhlil olunması bacarığının aşılanmasına, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərlərin təbliğatına, daxili və xarici siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasına xidmət etməkdir.

Fond əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirir.

Bilik Fondunun rəsmi internet səhifəsi olan bilikfondu.gov.az saytında açılan maarifləndirmə pəncərəsi izləyicilərin elmi maarifləndirmə, iqtisadi maarifləndirmə, mədəni maarifləndirmə, hüquqi maarifləndirmə, tibbi maarifləndirmə, ekoloji maarifləndirmə bölmələri üzrə suallarına lakonik və dəqiq cavab verilməsi üçün yaradılıb.

İzləyici təqdim edilən e-mail ünvanına sual göndərəcək və qısa zamanda o sual tanınmış mütəxəssislər tərəfindən cavablandırılaraq, saytımızın "Maarifləndirmə" pəncərəsinin müvafiq bölmələrində yerləşdiriləcək.

 

                                                Elmi maarifləndirmə

Sualların göndəriləcəyi elektron ünvan: office@bilikfondu.gov.az

Mövzu: İKT və sağlamlıq

Suallara cavab verir: Umarova Niyar Əvəz  qızı - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ”Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının müəllimi

 

1. İKT-nin tətbiqi informasiya cəmiyyətində hansı imkanlar yaradır?

Cavab:   İKT   müasir informasiya cəmiyyətində əsas rol oynayır,  bu isə  tədricən intellektual əməyin fiziki əməyi üstələməsinə səbəb olur. Yeniləşən texnologiyaları mənimsəyərək tətbiq etmək, intellektual səviy­yə­ni artırır. İKT  elm və cəmiyyətin  birləş­məsinə imkan yaradır, bu  isə bütövlükdə cəmiyyətin  inkişafına müsbət təsir edir. İKT-dən istifadə müasir təlim-tədris prosesində tələbələrdə yaradıcı təfəkkürün daha da inkişaf etdirilməsinə səbəb olur.  İKT-nin tətbiqi, İnternet şəbəkəsi ilə dünya üzərindən virtual qarşılıqlı əlaqəsi ölkələr arasındakı sərhədləri aşaraq qlobal iqtisadi məkan yaradır. Ümumiyyətlə İKT-nin cəmiyyətdə bir çox istiqamətlərdə təsir qüvvəsinin gücü bö­yük­­dür.

 

2.İKT-dən harada istifadə olunur?

Cavab: Elmi araşdırma, öyrənmə, tətbiq etmə və  s. proseslərin təşkilində; yeniliyi mənimsəmədə və təsir etmədə; qarşılıqlı informasiya mübadiləsi və ya qarşılıqlı əməkdaşlıqda; virtual informasiya emalında və s.

 

3. İnternet hansı imkanları yaradır?

Cavab: Daim yeniləşərək nəhəng informasiya resur­suna malik olması, geniş əhatəliliyi, şə­bəkələrdən istifadə zamanı  yer  və vaxt məhdudiyyətinin olmaması sosial şəbəkələrdən, İnter­net­dən is­tifa­dəyə olduqca geniş maraq ya­rat­mışdır. Hazırda İnternetlə telekonfranslar keçirilir, distant təhsil təşkil olunur, alqı-satqı aparılır,  informasiyalar müxtəlif dillərə tərcümə olunur, qarşılıqlı-görüntülü münasibətlər yaradılır, virtual ensiklo­pe­diya kimi istifadə olunur, vaxtdan səmərəli istifadəyə imkan yaradır və s.  Yəni internet - böyük tutumlu vir­tual bilik baza­sıdır;

İnternet əlaqələri, sosial şəbəkələrlə virtual rabitə məkanından istifadə ölkələrin daha da ya­xın­laşmasına səbəb olur.

Tarix: 24.01.2017

Son xəbərlər