Bilik Fondunun təcrübəçiləri Musa Qasımlı ilə görüşdülər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri AMEA-nın Qafqazşünaslıq İnstitutunda olublar.
 
Təcrübəçiləri Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və əməkdaşı İnci Kərimli müşayiət edib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tələbələrlə görüşüb, rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib.
 
Tədbirdə Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi proseslərin Azərbaycana təsiri barədə tələbələrlə söhbət aparılıb.
 
Tələbələr 3 gün müddətində Qafqazşünaslıq İnstitutunda təcrübə keçəcəklər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.04.2018

Son xəbərlər