Bilik Fondu xarici ölkə alimini Bakı məktəbləri ilə tanış etdi


Azərbaycan Respublikasının Prezisdenti yanında Bilik Fondunun Ukraynanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Onişenko Volodimir Oleksandroviç Bakı şəhərinin Səbail rayonu 6 nömrəli və Nəsimi rayonu 46 nömrəli tam orta məktəblərin qonağı olub.

Azərbaycandakı təhsil sistemi haqqında əyani olaraq məlumatlar əldə etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil olunan tədbirdə ukraynalı alimi Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Ceyla Məmmədova müşayət edib.

Rektor hər iki məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi ilə görüşüb. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, şagirdlərin ümumi biliklərinin artırılmasına, dünyagörüşünün inkişafına təkan verə biləcək birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıılıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti 

Tarix: 23.05.2018

Son xəbərlər