Şamaxıda Şəhidlərin xatirəsi yad edildi (VİDEO, ARB)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şamaxı üzrə nümayəndəsinin və Şamaxı İncəsənət Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi şəhidlərinin anım gününə həsr olunmuş tədbir keçrilib. Tədbirdən əvvəl Şamaxı İncəsənət Təhsili Mərkəzin təşkil etdiyi şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunub.

Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Manafov, Şamaxı Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Bilik Fondunun nümayəndəsi Gülnur Babaşova, rayon mədəniyyət işçiləri, yerli ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edənlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri ilə bağlı məktəblilərin və rayon gənclərinin hazırladıqları kompozisiyalar nümayiş olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun informasiya təminatı sektoru

Tarix: 19.01.2017

Son xəbərlər