Mingəçevir Heydər Əliyev Mərkəzində «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının təqdimatı keçirilib (VİDEO)


Fevralın 8-də Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mərkəzin direktoru Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev, Bilik Fondunun yerli nümayəndəsi Nailə Məmmədova, şəhərin qabaqcıl təhsil işçiləri, tarixçilər, fəal gənclər iştirak ediblər.

Mərasimdə O.Kuznetsovun beynəlxalq terrorizm mövzusunda araşdırmaları ilə MDB məkanında tanınmış mütəxəssislərdən biri olduğu, erməni millətçilərinin törətdiyi cinayətlərin təhlili və dəyərləndirilməsi zamanı müəllifin beynəlxalq hüququn terrorizmə qarşı mübarizəyə yönələn normalar sistemini əsas götürdüyü vurğulanıb.

Fevralın 5-dən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 08.02.2017

Son xəbərlər